Kolumbiyada kömür mədənində baş verən partlayış nəticəsində 3 nəfər ölüb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hadisə Santander inzibati bölgəsinin Landazuri şəhərindəki kömür mədənində baş verib.
Axtarış-xilasetmə qrupları 3 mədənçinin cəsədini tapıb. Məlumatda daha iki mədənçinin dağıntılar altında qaldığı bildirilib.
Bölgəyə çox sayda mülki müdafiə, polis və mədənçilərdən ibarət könüllü təşkilatlar göndərilib.
Yerli mətbuat orqanları kömür mədəninin qeyri-qanuni şəkildə fəaliyyət göstərdiyini və bağlanması ilə bağlı qərarın verildiyini bildirib.