Məşhur brendin yaradıcı direktoru vəfat edib

11 Noyabr 2023 14:47 (UTC+04:00)

Məşhur İtaliya brendi “Moschino”nun yaradıcı direktoru David Renne 46 yaşında infarktdan vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Onun cəmi 10 gün öncə, 1 noyabr tarixində vəzifəyə təyin olunduğu bildirilib.

Ona qədər isə Gucci dizaynerlər komandasının 20 il boyunca üzvü olub.

Qeyd edilir ki, italyan dizayner və modelyer “Moschino”da ilk kolleksiyasını 2024-cü ilin fevralında Milan Moda Həftəsində təqdim etməli idi.