Sürücü avtoyuma məntəqəsinin qarşısında qəfil öldü

11 Noyabr 2023 10:52 (UTC+04:00)

Bakıda avtoyuma məntəqəsinin qarşısında sürücü qəfil vəfat edib. SİA xəbər verir ki, hadisə dünən günorta saatlarında baş verib.

Şirvan şəhər sakini İmaş Əliyev “Hyundai Accent” markalı avtomobilini yuduzdurduqdan sonra kənara çəkib və maşının arxa qapısını açmaq istəyərkən qəfil yıxılıb. O, hadisə yerində vəfat edib.