Qubaya qar yağıb - FOTOLAR

11 Noyabr 2023 10:02 (UTC+04:00)

Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb. SİA xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib. Qrız və Qudyalçay-Xınalıq məntəqələrində qarın hündürlüyü 1 santimetr olub.

Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb