Haluk Bilginer rəqsi ilə gündəm oldu

11 Noyabr 2023 04:50 (UTC+04:00)

Türkiyəli məşhur aktyor Haluk Bilginerin rəqsi sosial şəbəkələrdə gündəm olub. SİA xəbər verir ki, “Şahsiyet” serialının qala gecəsində 69 yaşlı aktyorun “Senden daha güzel” mahnısı ilə rəqsi sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Aktyor serialda “Agah Beyoğlu” obrazını canlandıracaq.

Qeyd edək ki, “Şahsiyet” noyabrın 13-dən etibarən “Gain” platformasında yayımlanacaq.