Bəstəkar Mobil Babayevlə vida mərasimi keçirilir

10 Noyabr 2023 12:13 (UTC+04:00)

Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayevlə vida mərasimi keçirilir. SİA xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, sənət dostları, mədəni-ictimai xadimlər, həmçinin media mənsubları iştirak edirlər.

Vida mərasimi yekunlaşdıqdan sonra mərhumun cənazəsi Yasamal qəbiristanlığına aparılaraq dəfn ediləcək.