Dizindəki piylərin çıxarılması əməliyyatı zamanı ölüb

9 Noyabr 2023 23:18 (UTC+04:00)

Realiti-şou ulduzu, nüfuzlu blogger, model, iş qadını və braziliyalı futbolçu Neymarın yaxın dostu Luana Andrade 30 yaşında vəfat edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Andrade dizindəki yağları çıxarmaq üçün adi estetik əməliyyat zamanı dünyasını dəyişib.

Deyilənlərə görə, televiziya ulduzu doğma Sao Paulodakı özəl klinikaya gedib və orada cərrah və anestezioloq tərəfindən liposaksiya etdirib.

Xəstəxanadan verilən açıqlamada deyiolir ki, əməliyyat zamanı xəstənin ürəyi dayanıb. Əməliyyat dərhal dayandırılıb. Təcili müayinə sənətçinin geniş trombozu olduğunu göstərib.

Bütün reanimasiya cəhdləri uğursuz oldu.

Nazlı