Şimali Kipr Azərbaycan dövlətini və xalqını təbrik edib

9 Noyabr 2023 11:57 (UTC+04:00)

“Şanlı Azərbaycan bayrağının torpaqlarının hər yerində əbədi dalğalanmasını arzu edirik”. SİA xəbər verir ki, bu barədə Azərbaycanın 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında qeyd edilib.

Paylaşımda Şimali Kipr Azərbaycan dövlətini və xalqını təbrik edib.