Baş rollarda Kıvanç Tatlıtuğ və Beren Saatın yer aldığı "İstanbul üçün son çağırış" filminin görüntüləri yayılıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, təsadüfən tanış olan cütlüyün Nyu-York macərasından bəhs edən film noyabrın 24-də "Netflix"də yayımlanacaq. Rejissoru Gönenç Uyanık, ssenari müəllifi Nuran Evren Şitin olduğu filmin sosial şəbəkədə yayımlanan tizeri böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Beren Saat və Kıvanç Tatlıtuğ yenidən bir araya gətirən ekran işi Nyu York hava limanında çamadanı başqasının çamadanı ilə səhv düşən Mehmetlə Serinin yolu kəsişdikdən sonra baş verən hadisələrdən bəhs edir.
Xatırladaq ki, Kıvançla Beren 2008-ci ildə çəkilən "Aşk-ı Memnu" serialında baş rolları ifa ediblər. Serialın satışları indiyədək layihənin iştirakçılarına böyük gəlir gətirməyə və dünyanın bir çox ölkələrində izlənməyə davam edir.