Lənkəranda bayram coşqusu

8 Noyabr 2023 22:25 (UTC+04:00)

Lənkəran şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə konsert keçirilib, atəşfəşanlıq olub.

SİA-nın əldə etdiyi məlumata görə, konsert proqramında mədəniyyət xadimlərinin və incəsənət nümayəndələrinin ifalarında vətənpərvər mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.

Sonda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.