Körpə 1 milyon rubla satılıb

8 Noyabr 2023 16:41 (UTC+04:00)

Moskva hüquq-mühafizə orqanları yeni doğulmuş uşağın satışı ilə bağlı cinayət işi başlamaq üçün məlumat toplayır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri paytaxt prokurorluğu öz Telegram kanalında yayıb.

1992-ci il təvəllüdlü doğuş edən qadın polisə müraciət edib. O, internetdə tanış olduğu başqa qadın üçün uşaq dünyaya gətirməyə razılaşdığını deyib. Surroqat ana özəl klinikanın donor materialından istifadə edərək ekstrakorporal mayalanma əməliyyatı keçirib. Eyni zamanda, müştəri hər ay hamilə qadının kartına 25 min rubl köçürürdü.

Qadı dünyaya oğlan uşağı gətirib və doğuşdan sonra uşağı müştəriyə sataraq onun üçün ümumilikdə 1 milyon rubl alıb.

Müstəntiqlər faktla bağlı “İnsan alveri” maddəsi ilə cinayət işi başlamağa hazırlaşırlar.

Nazlı