Bu arada fransız brendi “Dior” amerikalı model Bella Hadid (Isabella Hairiya Hadid) ilə əməkdaşlığı dayandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Al Bawaba News” məlumat yayıb.
Qeyd edək ki, bir müddət bundan əvvəl Fələstin-Hollandiya əsilli supermodel Hadid HƏMAS-ın Qəzza zolağı ilə həmsərhəd olan İsrail ərazilərinə hücumlarından danışmışdı. Belə ki, Qəzza zolağında baş verənlərlə bağlı narahatlığından danışan model, dinc sakinlərə qarşı terror aktlarını pisləmişdi.
Deyilənlərə görə, oktyabrın 17-də İsraillə münaqişədə Fələstinə dəstək verən amerikalı model Bella Hadidin ailəsinin anonim təhdidlərə məruz qaldığı məlum olub.
Nazlı