Fələstin əsilli model Bella Hadidə dünyaca məşhur fransız brendi "Dior" embarqo qoyub. Fransız markası onun yerinə israilli model ilə müqavilə imzalayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Bella Hadidin Fələstində müharibəyə son verilməsi ilə bağlı yazdığı paylaşımları olub.
Xatırladaq ki, Bella bir neçə gün əvvəl instaqramda bu barədə geniş postlar paylaşıb və bu səbəbdən ölüm təhdidlərinə məruz qalıb: "Karyeram bitsə belə Fələstini dəstəkləməkdən heç vaxt vaz keçməyəcəyəm. Modellik işlərimi itirməkdən qorxmuram və Fələstin haqqında danışmağa davam edəcəyəm".