Hindistanda oyuncaq tapança ilə silahlanmış şəxs zərgərlik mağazasına girərək yüz minlərlə rupiyi qarət edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “News9Live" yayıb.
Deyilənlərə görə, Əzim Qureşi adlı şəxs cinayəti oktyabrın 30-da Yeni Dehlidə törədib. O, zərgərlik mağazasına skuterlə gəlib və əlində oyuncaq silah və bıçaqla binaya daxil olub. Qureyşi çoxlu qızıl və gümüş zinət əşyalarını götürüb, sonra da tüpürüb dabana.
Polis əməkdaşları cinayətkarı 5 gün ərzində axtarıblar və 200-dən çox müşahidə kamerasının görüntülərini araşdırdıqdan sonra onun şəxsiyyətini müəyyən edə biliblər. Qureyşi həbs edilib. Polis onun qızıl-zinət əşyalarının çoxunu, həmçinin onun saxlandığı çantanı, skuter, oyuncaq silah və bıçağı götürüb.
Nazlı