Müğənni Aleksey Çumakovun Çelyabinskdə noyabrın 10-na planlaşdırılan konserti ləğv edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Arqumentı and Faktı” yazır.
Nəşrin məlumatına görə, konsert Gənclər İdman Sarayında baş tutmalı idi. Tədbirə 3 gün qalmış naməlum səbəblərdən ləğv edilib və başqa tarixə keçirilib.
Tarix daha sonra açıqlanacaq, biletlər etibarlıdır.
...Daha əvvəl bildirilmişdi ki, rok musiqiçisi Qarik Sukaçevin Rusiyanın böyük şəhərlərinə konsert turu “sənətçidən asılı olmayan səbəblərə görə” gələn ilə təxirə salınıb.
Nazlı