Demi Mur 13 illik ərini tanımayıb..?

7 Noyabr 2023 20:44 (UTC+04:00)

Məşhur amerikalı aktrisa Demi Murr keçmiş həyat yoldaşı Brüs Uillisin qarşılaşdıqları zaman onu tanımadığını təəssüflə bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Closer” portalı yazır.

Portalın məlumatına görə, 60 yaşlı Mur İtaliyada istirahət etdikdən sonra 68 yaşlı keçmiş ərinə baş çəkib.

Aktrisa giley də edib, “Məğlubedilməz” filminin qəhrəmanının 13 il birlikdə yaşadığı qadınını, üç qızının anasını unutduğunu qeyd edib.

Demi, Bryusun yeni ailəsi ilə həvəslə və davamlı olaraq ünsiyyət qurduğunu, lakin Uillisin əziyyət çəkdiyi demansın bu qədər tez inkişaf edə biləcəyini təsəvvür belə edə bilmədiyi deyib.

Qeyd edək ki, bir müddət əvvəl rejissor Qlen Qordon Karon məşhur aktyorun vəziyyətindən danışmışdı. Aktyorla dramatik və geri dönməz dəyişikliklərin baş verdiyi deyilir.

Nazlı