"Qərbi Azərbaycan: maddi və mədəni irsimiz" layihəsi iki hissədən ibarətdir. Layihə çərçivəsində həm "Sarı gəlin"in sorağında tammetrajlı sənədli filmini, həm də "western-azerbaijan.az" saytını ərsəyə gətirdik. Həm film, həm də sayt Azərbaycan, ingilis və erməni dillərində fəaliyyət göstərəcək. Layihənin əsas məqsədi Qərbi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimizlə gənclərimizi tanış etmək, bu mövzuya maraq göstərən xarici vətəndaşlara tarixi izlərimiz haqqında informasiya çatdırmaqdır". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qərbi Azərbaycan: maddi və mədəni irsimiz" layihəsinin rəhbəri Füzuli Sabiroğlu deyib.
O bildirib ki, filmin bədii səhnələrinin çəkilişləri İsmayıllı rayonunda, digər səhnələr isə Qərbi Azərbaycanla sərhəd rayonlarda baş tutub: "Filmdə 1930-cu illərdə İrəvanda tarixi abidələrimizin dağıdılması, yeni şəhər yaratmaq adı altında şəhərin məhv edilməsi ilə bağlı kadrlar yer alıb".
Ləman Sərraf