"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə artıq 3-cü ildir ki, Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçirilir. Sərgi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı Kitab Sənayesi Şöbəsinin müdiri Akif Marifli deyib.
O bildirib ki, 20-dən çox xarici yazıçılar qonağımız olacaq. 2019-cu il üzrə Buker mükafatının (Man Booker Prize for Fiction) laureatı Coxa əl-Harsi (Jokha Alharthi) isə 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq.