Kenan İmirzalıoğlunun Qəzza ilə bağlı sözləri gündəm oldu

7 Noyabr 2023 05:38 (UTC+04:00)

Tanınmış türk aktyoru Kenan İmirzalıoğlunun HƏMAS-İsrail müharibəsi və Qəzza zolağındakı vəziyyətlə bağlı sözləri gündəm olub. SİA xəbər verir ki, onun aparıcı olduğu Türkiyə “Kim milyoner olmaq istəyir” buraxılışında iştirakçıya İsraillə bağlı sual ünvanlanıb.

İmirzalıoğlu bu zaman Qəzza zolağında yaşananlardan danışmağa başlayıb.

“Qəzzadan yayılan görüntüləri izləməkdə çətinlik çəkirik. İçimiz yanır. Güclü dövlətlər bu müharibəni dayandırmaq əvəzinə İsrailə etiraz edənləri cəzalandırmağa,işindən uzaqlaşdırmağa çalışırlar”, – aktyor bildirib.