Media: "Sudan vaqneritlərdən təmizlənir..?"

6 Noyabr 2023 23:47 (UTC+04:00)

“Kyiv Post” qəzeti Ukrayna xüsusi təyinatlılarının Sudanda terrorçu “Vaqner” qrupunun yaraqlılarını ovladığını göstərən iki yeni video yayımlayıb.

Ukraynanın təhlükəsizlik və müdafiə sektorundakı mənbə bildirib ki, hazırda bu Afrika ölkəsində “Vaqner” PMC-ni, onların yerli terrorçularını və eləcə də Rusiya xüsusi xidmət orqanlarından təmizləmək üçün əməliyyat davam edir.

“Kadrlar, ehtimal ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının işini göstərir”.

Bunu media mənbəsi bəyan edib.

Ukrayna Müdafiə Nazirliyi nümayəndəsi Andrey Yusov “LIGA.net”ə verdiyi açıqlamada departamentin bu məlumatı nə təsdiq, nə də təkzib edə biləcəyini deyib.

Nazlı