Slava içkidən “üzlüşmək” istəyirdi, amma...

6 Noyabr 2023 20:45 (UTC+04:00)

...Xəbəriniz olsun, Slava (Anastasiya Slanevskaya) bu yaxınlarda araq içməyi (yəni təkcə arağımı?) atıb.

Onun sözlərinə görə, o, özünün videolarına baxdıqdan sonra çox utanıb. Sən demə, çox içəndə o da bəziləri kimi, “yetənə yetib, yetməyənə daş atırmış”, yəni özünü idarə edə bilmirmiş.

Amma indi, SİA-nın da xəbər tutduğu kimi, sağlam həyat tərzi keçirməyə qərar verib.

Amma, deyəsən bu da işə yaramayacaq, niyə?

Çünki müğənni spirtli içkidən imtina etdikdən sonra səhhətindən şikayət etməyə başlayıb. O, hətta yeddi kiloqram kökəlib deyə, tez-tez xəstələnməyə başlayıb.

...İçməyi dayandırdığım vaxtdan bütün vücudum cəhənnəmə gedir. Belim ağrıyır, sinəm ağrıyır, hər şey ağrıyır, öskürək getmir, altı-yeddi kilo almışam, artıq bütün paltarlarımı dəyişmişəm... İçəndə isə boş-boş danışmağa başlayıram...

...Deyim ki, rusiyalı müğənni, teleaparıcı, kino aktrisası, bəstəkar...daha nə bilim, ümumiyyətlə Slava kimi tanınan Anastasiya Slanevskaya mən içkiyə qayıtmağı “tövsiyə edirəm”.

Məgər indi ona bel ağrısı, sinə ağrısı və daha nə bilim nə ağrısı lazımdırmı? Təbii ki, yox! Ona görə də məncə içib boş-boş danışmaq daha məsləhətli olardı...

Nazlı