Şəhid Əhməd Tahir oğlu Babaşovun 40 mərasimi keçirilib FOTOLAR

6 Noyabr 2023 18:04 (UTC+04:00)

Noyabr ayının 6-da Birinci Qarabağ müharibəsində itkin düşən şəhid, Biləsuvar rayonun Bağbanlar kəndindən olan Babaşov Əhməd Tahir oğlunun 40 mərasimində xatirəsi ehtiramla anılıb. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ictimaiyyət nümayəndələri şəhidin ata ocağını ziyarət edərək yaxınları ilə görüşüblər. Ziyarət zamanı qəhrəman şəhidimizin ruhuna dualar oxunmuş və qardaşına başsağlığı verilmişdir.

Mərasim iştirakçıları bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Məlumat üçün qeyd edək ki, Əhməd Babaşov 1974-cü il yanvar ayının 11-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. O, 1993-cü ildə Füzuli rayonu istiqamətindəki hərbi əməliyyatlarda iştirak edib və 1993-cü ilin avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Şəhidin meyitinin qalıqları 30 ildən sonra Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqda tapılıb və 28 sentyabr 2023-cü il tarixdə doğulduğu Bağbanlar kəndinə gətirilərək dəfn olunub.

Allah rəhmət eləsin.