“Atatürk” filmi Los-Ancelesdə təqdim edilib - FOTOLAR

6 Noyabr 2023 15:42 (UTC+04:00)

Məşhur türk aktyor Aras Bulut İynemlinin əsas obrazını canlandırdığı “Atatürk” filmi Los-Ancelesdə təqdim edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, filmin Hollivud türk film və dram günləri çərçivəsində qala keçirilib.

Gecədə A.B.İynemli ilə yanaşı aktrisa Meryem Uzerli, Engin Altan Düzyatan kimi türk məşhurlar da yer alıb.