Putin Qazaxıstana səfər edəcək

6 Noyabr 2023 13:30 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin noyabrın 9-da Qazaxıstana səfər edəcək.

SİA-nın məlumatına görə, səfərin Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin dəvəti ilə baş tutacağı bildirilib.

Qeyd olunub ki, ikitərəfli danışıqlardan əlavə, liderlərin Kostanayda keçiriləcək iki ölkə arasında XIX Regionlararası Əməkdaşlıq Forumunda onlayn şəkildə iştirakı da planlaşdırılır.