"Ümid edirəm ki, "Qarabağnamə" tamaşası ilə Şuşaya gedəcəyik" - Məsmə Aslanqızı

6 Noyabr 2023 12:15 (UTC+04:00)

""Qarabağnamə" tamaşası artıq 28 ildir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarındadır. Hələ 1996-cı ildə Ulu Öndər Heydər Əliyev bu tamaşanın premyerasına gələrək demişdi ki, nə qədər ki Qarabağ torpağı işğaldan azad olunmayıb, teatr mövsümü "Qarabağnamə" tamaşası ilə açılıb-bağlanacaq". Bu sözləri TÜRKSOY Teatr Festivalında ən yaxşı aktrisa seçilən Məsmə Aslanqızı SİA-ya təəssüratlarını bölüşərkən deyib.

"Nə gözəldir ki, biz torpaqlarımızı geri qaytardıq. Bu gün biz qalib ölkənin vətəndaşıyıq. Bizim bu qələbəmiz Qarabağ torpaqları azad olunduqdan sonra "Qarabağnamə" tamaşasının əldə etdiyi ilk uğur idi. Ümid edirəm ki, uğurlarımız davamlı olacaq və biz bu tamaşa ilə Şuşaya da gedəcəyik",- deyə o əlavə edib.

Sonda I Beynəlxalq TÜRKSOY Teatr Festivalının qayəsinin türk xalqlarının mədəniyyət birləşməsi olduğunu vurğulayıb: "Yaşasın türk xalqları birliyi, yaşasın türk mədəniyyəti!".

Ləman Sərraf