"Klon " ("El Clon") serialında "Noemia" obrazını canlandıran braziliyalı aktrisa Elisangela do Amaral Vergeiro 68 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.
Aktrisa noyabrın 3-də vəfat edib. Elisangelanın evdə özünü pis hiss etdiyi və nəfəs almaqda çətinlik çəkdiyi iddia edilir. O, xəstəxanaya yerləşdirilib. Elisangela infarkt və tənəffüs tutulmasından Guapimirin xəstəxanasında dünyasını dəyişib.