Alla Puqaçova yenidən Rusiyanı tərk etdi

6 Noyabr 2023 06:10 (UTC+04:00)

Rusiyalı müğənni Alla Puqaçova Moskvanı tərk edib. SİA xəbər verir ki, bu barədə "RİA Novosti" sənətçiyə yaxın mənbəyə istinadla məlumat yayıb.

Agentliyin həmsöhbəti müğənninin hansı ölkəyə getdiyini açıqlamayıb.

Bundan əvvəl Puqaçevanın əri, rusiyalı komediya aktyoru və teleaparıcı Maksim Qalkin (xarici agent funksiyalarını yerinə yetirən şəxslərin reyestrinə daxildir) Baltikyanı ölkələrində həyat yoldaşı ilə fotosunu dərc etmişdi.

Noyabrın 4-də komediyaçı fotonun altına "Bu gün Siquldada nə günəşli bazar günüdür" yazıb.