“Roma” qələbəni “Leççe”nin əlindən aldı

6 Noyabr 2023 02:26 (UTC+04:00)

“Roma” A seriyasının XI turunun matçında öz meydanında “Leççe”yə 2:1 hesabı ilə qalib gəlib. SİA xəbər verir ki, hesabı 72-ci dəqiqədə qonaq komandanın futbolçusu Pontus Almkvist açıb. 90+1-ci dəqiqədə Sərdar Azmun romalıların heyətində debüt qolunu vurub, üç dəqiqə sonra isə Romelu Lukakunun dəqiq zərbəsi “Roma”ya qələbə qazandırıb.

Beləliklə, “Roma” A Seriyasında 17 xalla 8-ci, “Leççe” 13 xalla 11-ci pillədə qərarlaşıb.