Türkiyədə etirazçılar ABŞ aviabazasına girməyə cəhd ediblər

5 Noyabr 2023 22:28 (UTC+04:00)

Türkiyənin cənubunda polis Adana şəhəri yaxınlığında ABŞ-ın “İncirlik” hava bazasına girməyə cəhd edən etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Türkiyənin NTV telekanalının məlumatına görə, İsrail və ABŞ-ın hərəkətlərinə qarşı çıxan bir qrup şəxs aviabazanın bağlanmasını tələb edib.

Telekanalın məlumatına görə, bəzi etirazçılar İstanbuldan Adanaya gəlib, onlara başqa şəhərlərin sakinləri də qoşulub. Polis aviabazanın yaxınlığındakı küçə və prospektləri bağlayıb. Nümayişçilər tarlalardan keçərək bazaya daxil olmaq istəyəndə polis gözyaşardıcı qaz və şırnaqlardan istifadə edib.

Nazlı