...Əksər ruslar Yeni ili Rusiyada qeyd edəcəklər. “İzvestiya” qəzeti yazır ki, “OneTwoTrip” səyahət planlaşdırma xidmətinin məlumatına görə, bayram səyahətləri üçün ən populyar şəhərlər Moskva, Sankt-Peterburq və Soçidir.
SİA-nın əldə etdiyi məlumata görə, bilet və otel rezervasiyalarının təhlili göstərdi ki, rusların əksəriyyəti Yeni il üçün paytaxta gedəcək - ölkədəki bütün aviasiya sifarişlərinin 23,2 faizi artıq verilib.
Qeyd edək ki, bayram günlərində Moskva otellərində gecələmək isə təxminən 6,5 min rubla başa gələcək. Populyarlıq üzrə ikinci yeri Sankt-Peterburq (12,2 faiz) tutub, burada bir otel üçün təxminən 6 min rubl ödəməli olacaqlar.
Reytinqdə üçüncü yeri Soçi (7,7 faiz) tutub, burada bir gecəyə təxminən 7 min rubl ödəniləcək.
Siyahıda Kalininqrad, Mineralnıye Vodı, Yekaterinburq və Ufa da var.
Ruslar Yeni il bayramları üçün xarici şəhəri - İrəvanı (təyyarə sifarişlərinin 9,1faizi) seçiblər. İkinci və üçüncü yerləri Tailandın kurortları - Banqkok (8,3 faiz), Phuket (6,6 faiz) tutub.
Nazlı