İsrail Maliyyə Nazirliyi Qəzza zolağında HAMAS-a qarşı əməliyyatlarla əlaqədar proqnozlaşdırılan xərclərinin həcmini açıqlayıb.
SİA-nın “Calcalist” nəşrinə istinadən verdiyi xəbərə görə, əgər 2024-cü ilin sonuna qədər Qəzza sektorunda HAMAS-a qarşı əməliyyatlar başa çatarsa, bu, halda xərclər 200 milyard şekel (51 milyard dollar) olacaq.
Bu, optimist, yəni yeni cəbhələrin açılmayacağı, səfərbərliyə cəlb edilmiş 350 min nəfərin 2024-cü ilin sonuna qədər iş yerlərinə qayıdacağı halda proqnozlaşdırılan xərclərdir.