Natiq Şirinovun qızının nişanı olub

5 Noyabr 2023 13:17 (UTC+04:00)

Bu gün Xalq artisti Natiq Şirinovun qızı Sevilin nişanıdır

SİA-nın məlumatına görə, mərasim Bakıda restoranlardan birində baş tutur. Sevil Semih adlı şəxslə nişanlanıb. Gecədən görüntüləri fotoqraf Niko Abbasov sosial media hesabında yayıb.

Qeyd edək ki, Natiq Şirinovun musiqiçi oğlu Ümid Natioğlu Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə evlidir. Fatimə Xalq artisti Alim Qasımovun nəvəsidir.