Yunanıstanda fırtına minik avtomobillərini aşırtdı

5 Noyabr 2023 08:15 (UTC+04:00)

Yunanıstanın Ksanti şəhərinə dolu düşüb, fırtına baş verib. SİA xəbər verir ki, nəticədə şəhərdə böyük dağıntılar baş verib, külək minik maşınlarını aşırdıb.

Ksanti sakinləri qeyd ediblər ki, şəhər infrastrukturuna ciddi zərər vuran güclü külək damlardakı kirəmitləri ətrafa səpələyib.

Şəhər rəhbərliyi sakinləri diqqətli olmağı, ehtiyac yaranmadığı halda küçəyə çıxmamağı tövsiyə edib.