Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda Qəzzada atəşkəsin elan edilməsi və ABŞ-ın İsrailə yardımı dayandırması tələbi ilə etiraz aksiyası keçiriləcək.
SİA-nın əldə etdiyi məlumata görə, “Vaşinqtona Milli Yürüş: Azad Fələstin” adı altında təşkil edilən nümayişə 30 min adamın qatılacağı gözlənilir.
Sülh tərəfdarı yəhudi qrupların da daxil olduğu qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilən nümayiş yerli vaxtla saat 14:00-da Freedom Plaza meydanında başlayacaq.
Nümayişöilər buradakı çıxışlardan sonra Ağ Evin ətrafında yürüş edəcək və Qəzzada atəşkəsin elan olunması ilə əlaqədar çağırış edəcək. Nümayişçilər həmçinin Co Bayden administrasiyasından ABŞ-ın İsrailə yardımını dayandırmasını tələb edəcəklər.