Noyabrın 1-də saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat məhkəməyə çıxarılacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, ilkin dindirmələri tamamlanan Dilan və Engin Polat cütlüyü Anadolu Ədliyyəsinə sövq edilib.
Əməliyyat çərçivəsində 24 şübhəli saxlanılıb. 40 səhifəlik suallar verilən Polat cütlüyü ilə birlikdə nəzarətə alınan 18 şübhəli bu gün səhər saatlarında ədliyyəyə göndərilib. Digər gözaltına alınan 6 şübhəlinin ilkin istintaq dindirmələri davam etdirilir.
Qeyd edək ki, Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də saxlanılanlar arasındadır.