Demet Akalın maddi sıxıntılarından danışdı

4 Noyabr 2023 06:50 (UTC+04:00)

Lüks markalardan geyindiyi libasları ilə gündəmə gələn müğənni Demet Akalın maddi durumunun artıq əvvəlki kimi yaxşı olmadığını deyib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, müğənnni TV8 kanalında aparıcılıq etdiyi maqazin proqramında libaslarını təkrar geyinməkdən utandığını bildirib.

"Alış-verişi sevən bir insanam, keçən gün İtaliyaya 2 çamadanla gedib iki çamadanla qayıtdım. Artıq dönəm elə bir dönəm deyil. Dünən bəlkə 1000 nəfər yazıb ki, geyindiyim əlbisənin linkini ver, nə gözəl əlbisədir. İnanın ki, neçə illik paltardır. İnanın ki, artıq mən də bu saatı və üzüyü taxmağa utanıram. Vallahi də, billahi də utanıram. Artıq iqtisadi böhran var.

Keçən gün Hiraya bir gəlincik aldım, 25 min lirə idi, sizə 10 min olar dedilər. Amma məsələ burasındadır ki, qızıma bir gəlincik alıram, 2 ay heç bir şey almıram. Həqiqətən zaman o zaman deyil", - Demet deyib.