Zelenski Xüsusi Əməliyyat Qüvvələrinə yeni komandir təyin edib

4 Noyabr 2023 00:34 (UTC+04:00)

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin yeni komandiri Sergey Lupançuk döyüşlərdə iştirak etmiş təcrübəli zabitdir.

SİA-nın əldə etdiyi məlumata görə, prezident Zelenski bu barədə axşam müraciətində bildirib.

“...Mən Ukrayna Silahlı Qüvvələrinin komanda heyətində dəyişiklik etdim. Polkovnik Sergey Lupançuku Xüsusi Təyinatlı Qüvvələrin yeni komandiri təyin edilib. Bu, təcrübəli zabit, döyüş zabiti, düzgün komandir və xüsusi təyinatlılarımıza yeni imkanlar əlavə edə bilən şəxsdir”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş komandanı general Viktor Xorenko Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin tərkibində xüsusi tapşırıqları yerinə yetirməkdə davam edəcək.

Nazlı