Prezidentin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov jurnalistlərə Fələstin prezidenti Mahmud Abbasın noyabrın 15-nə planlaşdırılan Rusiya səfəri Fələstin tərəfinin tələbi ilə təxirə salındığını bildirib.
SİA bu darədə TASS-a istinadən xəbər verir.
Qeyd edildiyi kimi, səfər noyabrın 15-də olmalı idi. Fələstin rəhbərliyinin xahişi ilə bu səfər təxirə salınıb”, - diplomat bildirib.
Deyilənlərə görə, Fələstin nümayəndələri Abbasın hazırkı “çətin” vəziyyətdə bölgəni tərk edə bilməməsi ilə əlaqələndirirlər.
Nazlı