Milli Elmlər Akademiyasının Nizamnaməsi təsdiq edilib

3 Noyabr 2023 20:45 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi təsdiq edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Sənəddə bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağında qəbul olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi” təsdiq edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.