Müflis olmuş kriptovalyuta birjası "FTX"in məşhur qurucusu, əvvəllər sərvəti 26,5 milyard dollar olaraq qiymətləndirilən 31 yaşlı keçmiş kriptomilyarder Sem Benkman-Frid fırıldaqçılıq və cinayət əməlində iştirakda təqsirli bilinib. SİA xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar nəticəsində prokurorlar onun müştərilərindən 8 milyard dollar oğurladığını sübut ediblər.
Hazırda onu 115 il müddətinə həbs gözləyir. Manhettenin baş federal prokuroru Damian Villiams Fridi “Amerika tarixində ən böyük maliyyə fırıldaqlarından biri” adlandırıb.