Son illər ağır xəstəliklə mübarizə aparan məşhur xarici müğənni Selin Dion Las-Veqasda xokkey matçına qatılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, stadiona üç oğlunun müşayiəti ilə gəlib.
Oyundan sonra 55 yaşlı ifaçı övladları ilə birlikdə Kanadanın “Monreal Canadiens” komandasının idmançıları ilə söhbətə gedib.
Xatırladaq ki, 2022-ci ilin dekabrında müğənni ona sağalmaz nevroloji xəstəlik - əzələ sərtliyi sindromu diaqnozu qoyulduğunu açıqlayıb.