Türkiyəli ulduzdan pərəstişkarlarını qorxudan xəbər

3 Noyabr 2023 16:36 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Murat Dalkılıç səkkizinci dəfə burnundan əməliyyat olunduğunu açıqlayıb. SİA xəbər verir ki, Dalkılıç daha əvvəl ibtidai sinifdən bəri burnundan əməliyyat keçirdiyini bildirib.

“Plastik əməliyyat elətdirmişəm. Hətta 7 dəfə. İbtidai siniflərdən bəri burnumda estetik əməliyyatlar elətdirirəm. Mənim bir xəstəliyim var. Burun sümüklərim kənara çıxırdı”, - deyə 40 yaşlı müğənni qeyd edib.

Murat Dalkılıç, həmçinin həkim o sümükləri götürərkən qığırdaqlarını da götürdüyünü və bu zaman həyatının ən çətin günlərinin başladığını vurğulayıb.