Gədəbəydə 6 otaqlı ev yanıb

3 Noyabr 2023 12:22 (UTC+04:00)

Gədəbəydə yanğın olub.

FHN-dən SİA-ya verilən xəbərə görə, Gədəbəy rayonunun Çiçəkli kəndində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.