"Büdcə müzakirələrinin tarixi bayram günlərində keçirilməsi rəmzi məna daşıyır" - ƏLİ HÜSEYNLİ

3 Noyabr 2023 11:11 (UTC+04:00)

“Gələn ilin dövlət büdcəsi suveren Azərbaycanın büdcəsi olacaq”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Əli Hüseynli sözlərinə belə davam edib: "Qarşıdan mühüm dövlət bayramları gəlir: Milli Məclisdə büdcə müzakirələrinin tarixi bayram günlərində keçirilməsi də rəmzi məna daşıyır”.

Ayşən Vəli