Rəvan Qarayevin avtomobilini yardılar

3 Noyabr 2023 05:55 (UTC+04:00)

Müğənni Rəvan Qarayev xoşagəlməz hadisə ilə qarşılaşıb. SİA xəbər verir ki, hadisə Nizami rayonu Elşən Süleymanov küçəsində baş verib.

Hadisə barədə məlumat verən ifaçı bildirib: "Səhər gəldim, maşınıma yaxınlaşdım. Sağ ön şüşəni qırıb maşına daxil olublar. İçində ayaqqabı ilə gəziblər. Sənədlərimə toxunmayıblar amma maşın yararsız haldadır”.