Rusiya Qafanda baş konsulluq açır

2 Noyabr 2023 23:04 (UTC+04:00)

Rusiya hökuməti Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Qafan şəhərində baş konsulluğun açılması ilə bağlı razılaşmanı təsdiqləyib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin fərman imzalayıb.

Rusiya Federasiyasının Qafandakı Baş Konsulluğu Ermənistanda sayca ikinci olacaq.

Bundan əvvəl Rusiyanın Gümrüdə konsulluğu olub.