Müğənni Valeri Meladze Dubayda təşkil olunan konsertini dayandırmaq məcburiyyətində qalıb.
Səbəb iki sərxoş rusdilli tamaşaçının konsert zamanı dava salmaları olub.
SİA-nın əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə Meladzenin şərhindən sonra mühafizəçilərin kişiləri ayırdığı videoları yayılıb.
Xatırladaq ki, yanvarın əvvəlindən Meladze Rusiyada xarici agent kimi tanınır.
Buna səbəb isə Meladzenin elə yanvar ayında Dubayda korporativ tədbirdə çıxışı zamanı “Ukraynaya eşq olsun!” ifadəsini işlətməsi olub.
Təsdiqlənməmiş məlumata görə, sənətçi daha sonra orada olanlara “siyasətdən kənar” olduğunu deyib.
Amma, buna baxmayaraq, Moskva prokurorluğu Meladzenin Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı edib-etmədiyini yoxlamağa göstəriş verib.
Bir müddət bundan əvvəl isə Rusiyanın vergi orqanları Meladzenin 20 ildir mövcud olan şirkətini bağlayıblar.
Nazlı