Özəl klinikada antibiotik vurulan şəxs ölüb

2 Noyabr 2023 16:10 (UTC+04:00)

Sumqayıtda özəl klinikalardan birində ölüm faktı baş verib.

SİA xəbər xəbər verir ki, 1986-cı il təvəllüdlü Elbrus Hörmət oğlu Hüseynov Sumqayıtdakı "Doktar AZ" klinikasında antibiotik iynəsi vurulduqdan sonra ölüb.

Klinikadan bildirilib ki, xəstəyə antibiotik probu qoyulub və bu zaman anafilaktik şok halı baş verib. Vəziyyəti ağırlaşan E. Hüseynov orada ölüb.

Fakt araşdırılır.