Banklararası kartlarla olan komissiya haqları azaldılıb

2 Noyabr 2023 12:45 (UTC+04:00)

Ölkədə nağdsız ödənişlərin artırılması siyasətimizin əsasını təşkil edir. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, nağdsız ödənişlərin sayı 2,3 dəfə artıb.

"Keçən həftədən banklararası kartlarla olan komissiya haqları azaldılıb”, - Taleh Kazımov bildirib.