Qrip vaksinlərinin ölkəyə gətiriləcəyi tarix açıqlanıb

2 Noyabr 2023 11:54 (UTC+04:00)

"Növbəti bir-iki gün ərzində mövsümi qrip vaksinləri ölkədə olacaq".

SİA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gələn həftədən ambulator tipli ilkin tibbi xidmətlər göstərən bütün müəssisələrdə həmin vaksinləri əldə etmək mümkün olacaq:"Vaksinlər 2 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulub".